Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Məscidin Xadimi Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm", - təbrik məktubunda qeyd olunub.
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevi təbrik edib.
"Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və firavanlıq arzu edirəm", - təbrikdə deyilir.