...

Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub

Siyasət Materials 18 Oktyabr 2011 18:38 (UTC +04:00)
Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Abdullah Gül Azərbaycan Respublikasının Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə Türkiyə Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti