Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Bakının Nəsimi rayonu və ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd rayonu tarixdə ilk dəfə olaraq, "Qardaşlaşmış rayonlar" elan ediliblər.
Аzərbaycanın Los Anceles səhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, San Dieqo Şəhər Şurasında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən tədbirdə şəhərin meri Jerry Sanders və Şəhər Şurasının üzvü Todd Gloria tərəfindən şura üzvlərinin imzaladığı xüsusi bəyanat təqdim edilib.
Sənəddə rayonların qardaşlıq münasibətlərinin hər iki rayonun icmasının yaxınlaşmasına töhfə verəcəyi qeyd olunub.
Sənəd Sanders tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Nəsimi rayonundan millət vəkili seçilmiş Asim Mollazadəyə təqdim edilib.