...

Qəddafinin iki oğlu öldürülüb - TV (FOTO)

Siyasət Materials 21 Oktyabr 2011 09:13 (UTC +04:00)
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin iki oğlu - Seyfülislam və Mütəssim cümə axşamı öldürülüb, bu barədə Trend "Əl-Ərəbiyə" telekanalının saytına istinadən məlumat verir.
Qəddafinin iki oğlu öldürülüb - TV (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin iki oğlu - Seyfülislam və Mütəssim cümə axşamı öldürülüb, bu barədə Trend "Əl-Ərəbiyə" telekanalının saytına istinadən məlumat verir.

Kanalın müxbiri Seyfülislamın öldürülməsi barədə məlumatları təsdiqləyib.

Daha əvvəl digər ərəb telekanalı "Əl-Cəzirə" Seyfülislam Qəddafinin həbs edilməsi barədə məlumat yayıb.

Həmin zamanda, "Əl-Ərəbiyə"nin verdiyi məlumata əsasən, Liviyanın Milli Keçid Şurasının telekanalı Qəddafinin digər oğlu Mütəssimin cəsədini göstərən kadrları efirə verib.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafi bu gün Sirt şəhərində hərbi əməliyyatlar zamanı öldürülüb. Qəddafinin cəsədi Liviyanın Misrat şəhərinə gətirilib.

"Qəddafi yaxalanan vaxt ayağından yaralanıb", - məlumatı "əl-Ərəbiyə" kanalı öncə yayıb.

Bundan başqa, hərbi əməliyyat zamanı Liviyanın sabiq müdafiə naziri Əbu Bəkr Yunis də öldürülüb.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.

Xəbər lenti

Xəbər lenti