...

BMT Təhlükəsizlik Şurasına yeni qeyri-daimi üzvlər seçilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Oktyabr 2011 22:50 (UTC +04:00)
Cümə günü Nyu Yorkda, BMT-nin mənzil-qərargahında Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər keçirilib.
BMT Təhlükəsizlik Şurasına yeni qeyri-daimi üzvlər seçilib (ƏLAVƏ OLUNUB)

Üçüncü turun nəticələri əlavə edilib (ilk xəbər saat 20:55-də yayılıb)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend /

Cümə günü Nyu Yorkda, BMT-nin mənzil-qərargahında Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər keçirilib.

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri Mərakeş, Qvatemala, Pakistan və Toqo olub.

Üçüncü turun nəticələrinə görə bir yer vakant qalır, ona Şərqi Avropa ölkələri qrupundan Azərbaycan və Sloveniya iddia edirlər.

BMT TŞ beş daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq, onlar veto hüququna malik deyillər.

Seçkilərə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürüb. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqodur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparırlar.

İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia edir.

Braziliyanın azad edəcəyi yerə yalnız bir namizəd - Qvatemala öz namizədliyini irəli sürüb.

Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.

Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olub.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti