...

Ərdoğan: Dağlıq Qarabağ işğaldan azad olunana qədər Türkiyə Azərbaycanla çiyin-çiyinə mübarizə aparacaq

Siyasət Materials 25 Oktyabr 2011 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend /

Dağlıq Qarabağ işğaldan azad olunana qədər Türkiyə Azərbaycanla çiyin-çiyinə mübarizə aparacaq. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirin Əliağa bölgəsində yeni neft emalı zavodunun təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan və Türkiyənin istəyi regionda sülhün və sabitliyin bərqərar olmasından başqa bir şey deyil. Məlumatı TRT-Xəbər kanalı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edir.

"20 il əvvəl azərbaycanlı qardaşlarımız müstəqilliyini əldə edərkən necə sevindilərsə, Türkiyə də o cür sevindi. Dağlıq Qarabağın işğalı azərbaycanlı qardaşlarımızın ürəyini necə yandırırsa, mənim və hər bir türk vətəndaşının ürəyini də eləcə yandırır", - Ərdoğan bildirib.

Baş nazir deyib ki, Kipr, Dağlıq Qarabağ məsələsində Türkiyə ilə Azərbaycan eyni mövqe nümayiş etdirir.

Terrorla mübarizədə dost və qardaş ölkə Azərbaycana səmimi dəstəyinə görə təşəkkürünü bildirən Ərdoğan qeyd edib ki, Azərbaycanla qurulan qardaşlıq əlaqələrinin bölgənin bütün ölkələri ilə qurulmasını arzu edir.

Türkiyənin Baş naziri əlavə edib ki, Yüksək Strateji Əməkdaşlıq Şurası iki ölkə arasında olan möhkəm əlaqələri daha da gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti