...

Azərbaycan MSK-nın üzvləri Qırğızıstandakı prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 29 Oktyabr 2011 11:26 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif beynəlxalq təşkilatların missiyasının tərkibində sabah Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Azərbaycan MSK-nın üzvləri Qırğızıstandakı prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif beynəlxalq təşkilatların missiyasının tərkibində sabah Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə şənbə günü Trend-ə MSK Katibliyinin müdiri Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, MSK üzvləri və Katibliyin nümayəndələri Müstəqil Dövlətlər Birliyi (MDB), ATƏT və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının müşahidə missiyasının tərkibində sabah Qırğızıstanda keçiriləcək seçkiləri izləyəcəklər.

Qasımov bildirib ki, ümumilikdə Qırğızıstandakı seçkiləri MSK-dan dörd nəfər nümayəndə müşahidə edəcək.

Sabah Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Sentyabrın 25-də seçki kampaniyalarına start verilib.

Xəbər lenti

Xəbər lenti