...

Prezident İlham Əliyev Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 30 Oktyabr 2011 13:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, yol "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa etmişdir.

Qeyd edilmişdir ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Məlumat verildi ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Yenidənqurma işlərində 30 min tonadək asfalt-beton qarışığından istifadə olunmuşdur. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılmışdır. Müasir tələblərə cavab verən yeni yolda müvafiq təhlükəsizlik nişanları və avadanlıq quraşdırılmışdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti