...

Qırğızstandakı prezident seçkilərində Atambayev liderlik edir

Siyasət Materials 30 Oktyabr 2011 22:03 (UTC +04:00)
Bazar günü Qırğızstanda keçirilmiş prezident seçkilərində səslərin 25,71 faizinin hesablanması nəticəsində Almazbek Atambayev 64,77% səslə qabağdadır.
Qırğızstandakı prezident seçkilərində Atambayev liderlik edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bazar günü Qırğızstanda keçirilmiş prezident seçkilərində səslərin 25,71 faizinin hesablanması nəticəsində Almazbek Atambayev 64,77% səslə qabağdadır.

Trend-in KirTAQ agentliyinə istinadən verdiyi məlumata görə, namizəd Adaxan Madumarov 14,48% səslə ikinci yerə çıxıb, Kamçıbek Taşiyev isə 14,08%-lə üçüncü yerdədir.

Son məlumata görə, seçicilərin 60,27 faizi səs verib.

Yerli vaxtla saat 8.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparır.

Qırğızıstanın yeni qəbul olunmuş Konstitusiyasına görə, ölkədə prezident altı ilə seçilir, bir şəxs yalnız bir dəfə dövlət başçısı seçilə bilər.

Rəsmi məlumatlara görə, prezident seçkiləri zamanı Qırğızıstanda 2 289, dünyanın 23 ölkəsində isə 29 seçki məntəqəsində səsvermə həyata keçirilib.

Ölkədə 3 milyondan çox seçici qeydiyyatdan keçib.

Seçkiləri 56 ölkədən 792 beynəlxalq müşahidəçi izləyir.

Xəbər lenti

Xəbər lenti