...

Novruz bayramı ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilib

Siyasət Materials 31 Oktyabr 2011 16:36 (UTC +04:00)
Novruz bayramı ATƏT-in Baş katibi tərəfindən ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daimi əsaslarda daxil edilib.
Novruz bayramı ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Novruz bayramı ATƏT-in Baş katibi tərəfindən təşkilatın Vyanadakı rəsmi bayramlar siyahısına daimi əsaslarda daxil edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi XİN-in mətbuat xidməti məlumat yayıb.

Ötən il fevralın 24-də BMT Baş Assambleyası "Beynəlxalq Novruz Günü" qətnaməsini qəbul edib. Həmin qətnaməyə görə, BMT 21 Mart tarixini Beynəlxalq Novruz Bayramı kimi tanıyır və təşkilata üzv olan dövlətləri bu qədim bayram haqqında biliklərin yayılmasına səy göstərməyə çağırır.

Novruz bir çox Şərq xalqlarının bütün milli bayramlarından ən parlaq, ən fərəhli bayramdır.

Bu bayramda məqsəd Yeni ilin gəlişidir. Martın 21-də gecə və gündüz bərabərləşir və günlər uzanmağa başlayır.

Xəbər lenti

Xəbər lenti