...

İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 1 Noyabr 2011 12:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən stendə baxdı.

Xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanmışdır. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülmüşdür. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək.

Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış oldu.

Görülmüş işlərdən razılığını bildirən Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti