...

Hillari Klinton Qurban bayramı münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib

Siyasət Materials 2 Noyabr 2011 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend-in çərşənbə günü XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.

Dövlət katibi Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.

Müqəddəs Qurban bayramı bu il noyabrın 6-7-də qeyd ediləcək.

Xəbər lenti

Xəbər lenti