...

TBMM-nin deputatı: Sürix anlaşmasının yenidən ratifikasiyaya çıxarılması gözlənilmir

Siyasət Materials 3 Noyabr 2011 11:22 (UTC +04:00)
Sürix anlaşmasının yenidən Türkiyə Böyük Millət Məclisinə ratifikasiyaya çıxarılacağına inanmıram. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqan vəkili Məhərrəm İncə bildirib.
TBMM-nin deputatı: Sürix anlaşmasının yenidən ratifikasiyaya çıxarılması gözlənilmir

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir M.Əliyev/

Sürix anlaşmasının yenidən Türkiyə Böyük Millət Məclisinə ratifikasiyaya çıxarılacağına inanmıram. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) oln deputat Məhərrəm İncə bildirib.

"TBMM-in Azərbaycanla qardaşlığı incidəcək hər hansı bir qərar cıxaracağı mümkünsüzdür. Təzyiqlərin Türkiyəyə heç bir təsiri ola bilməz, çünki Türkiyə böyük dövlətdir", - İncə ehtimal olunan başqa təzyiqlərə münasibət bildirərkən deyib.

2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar.

İki ölkə arasındakı diplomatik münasibətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın tanınmamış "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Xəbər lenti

Xəbər lenti