...

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə saziş imzalanacaq

Siyasət Materials 10 Noyabr 2011 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend müxbir S.Ağayeva/

Bolqarıstan Prezidenti Georgi Pırvanovun noyabrın 14-15-də Azərbaycana gözlənilən səfəri zamanı sosial təminat, informasiyanın qorunması, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında bir neçə ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. Bu barədə cümə axşamı Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov deyib.

Səfir bildirib ki, hazırda sənədlərin layihəsi yekun razılaşdırma mərhələsindədir.

Səfər zaman Pırvanov Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə siyasi və iqtisadi, o cümlədən energetika sahələrində ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcək.

Bu, Pırvanovun Prezident qismində Azərbaycana sonuncu səfəridir. Belə ki, gələn ilin yanvarında onun vəzifə müddəti başa çatır.

Azərbaycan Dövlət Statistika Komitəsininin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsı 2011-ci ilin yanvar-iyulunda 230,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti