...

Prezident İlham Əliyev: Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr iqtisadi əlaqələrin inkişafına güclü təkan verir

Siyasət Materials 11 Noyabr 2011 13:21 (UTC +04:00)
Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir
Prezident İlham Əliyev: Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr iqtisadi əlaqələrin inkişafına güclü təkan verir

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də təkbətək görüş başa çatdıqdan sonra Macarıstan Prezidenti Pal Şmittlə geniş tərkibdə görüşü zamanı deyib.

"Sizin hamınızı bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaq. İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq Sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcək. Mən inanıram ki, Sizin səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq" İlham Əliyev deyib.

Macarıstan Respublikasının Prezidenti Pal Şmitt səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:

"Mən, həm Sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.
Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı.
Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar vardır".

Xəbər lenti

Xəbər lenti