...

Ermənistanda biznesin hakimiyyətdən ayrılması prosesi gedir - ekspert

Siyasət Materials 11 Noyabr 2011 20:31 (UTC +04:00)
Ermənistanda biznesin hakimiyyətdən ayrılması prosesi gedir - ekspert

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanda hökumət nümayəndələrinin istefa prosesini təkamül - dövlətdə elitanın dəyişməsi prosesi kimi göstərmək olar. Bu barədə Trend-ə cümə günü Ermənistanın "Qafqaz" İnstitutunun direktoru Aleksandr İsgəndəryan deyib.

"İstefalar prosesi təsadüfən baş vermir, bu, təsadüf deyil. Bu, açıq şəkildə maliyyə-sənaye qruplarının təsirinin azaldılması məqsədilə Ermənistan rəhbərliyinin strukturunun dəyişdirilməsi üzrə plandır. Bir növ hakimiyyətin oliqarxsızlaşdırılmasıdır" , - İsgəndəryan bildirib.

Ermənistanda son aylar yüksəkrütbəli siyasətçilərin və məmurların ardıcıl səs-küylü istefaları baş verdi. Onlar arasında parlamentin spikeri Ovik Abramyan, Yerevan meri Karen Karapetyan və polis rəisi Alik Sarkisyan olub.

İsgəndəryanın sözlərinə görə, indiki proses 2012-2013-cü illərdəki parlament və prezident seçkiləri ilə bağlıdır. Həmin seçkilərin kifayət qədər rəqabətli olacağı güman edilir ki, bu da ölkədaxili proseslərə təsir etməyə bilməz.

"Proses hələ başa çatmayıb və onun nəticələri haqqında danışmaq tezdir. Lakin o, sona çatdırılacaqsa, bunu Ermənistanın müstəqilliyi illəri ərzində üçüncü elit inqilabı adlandırmaq mümkün olacaq" , - İsgəndəryan deyib.

Ekspertin fikrincə, ölkənin necə və kimin tərəfindən idarə edilməsi uzunmüddətli perspektivdə ölkə həyatına və hər bir insana təsir edir.

"Ermənistanda monolit vahid hakimiyyət yoxdur. O, bir-biri ilə rəqabət aparan ayrı-ayrı qruplardan, strukturlardan təşkil olunub. Hazırda baş verənlər müəyyən sistemə yerləşir və əgər bu proses sona çatdırılacaqsa, bu, Ermənistanın siyasətində ciddi dəyişiklik olacaq", - politoloq deyib.

İsgəndəryanın sözlərinə görə, proses nəticəsində biznesin hakimiyyətdən ayrılması və oliqarxların təsirinin yox edilməsi baş verməlidir. Həmin oliqarxlar siyasi və kadr qərarlarına təsir edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti