...

Macarıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 11 Noyabr 2011 23:27 (UTC +04:00)
Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri noyabrın 11-də başa çatmışdır.
Macarıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend /

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri noyabrın 11-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstan Respublikasının Prezidenti Pal Şmitti hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti