...

İlham Əliyev Türkiyənin İzmir vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 28 Noyabr 2011 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Türkiyənin İzmir vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İzmir şəhərindən böyük nümayəndə heyəti ilə Bakıya səfər etdiyini deyən Mustafa Cahit Kırac paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onlarda çox böyük təəssürat yaratdığını bildirdi. O, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olduğunu qeyd etdi. Mustafa Cahit Kırac Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə İzmirdə keçirilən tədbirin ölkəsi və eləcə də İzmir şəhəri üçün böyük önəm daşıdığını vurğuladı.

Bakı ilə İzmirin qardaşlaşmış şəhər olduğunu vurğulayan dövlətimizin başçısı hazırda bu əlaqələri daha da inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev İzmirə səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı İzmir valisi Mustafa Cahit Kıracın Bakıya səfərindən sonra bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti