Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qambiya Respublikasının Prezidenti Yəhya Cammehə təbrik məktubu ünvanlayıb.
"Qambiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Cammehə möhkəm cansağlığı, səadət, dost Qambiya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.