...

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb

Siyasət Materials 30 Noyabr 2011 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda çərşənbə günü səhər saat 08:00-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə səsvermə başlayıb.

Trend-in məlumatına görə, 330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür.

Namizədlərdən 305-i (19,69%) qadınlardır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri (0,38) natamam ali təhsillidir.

Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

Xəbər lenti

Xəbər lenti