...

Metyu Brayza: Azərbaycan insan alverinə qarşı daha effektiv və ciddi mübarizə aparır

Siyasət Materials 1 Dekabr 2011 10:51 (UTC +04:00)
Azərbaycan insan alverinə qarşı daha effektiv və ciddi mübarizə aparır.
Metyu Brayza: Azərbaycan insan alverinə qarşı daha effektiv və ciddi mübarizə aparır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan insan alverinə qarşı daha effektiv və ciddi mübarizə aparır. Trend-in məlumatına görə, bunu cümə axşamı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Bakıda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair dördüncü regional müşavirədə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan insan alveri sahəsində onların fikirləşdiyindən də yaxşı tədbirlər görür.

Brayze bildirib ki, 2010-cu ildə dünyada 33 min insan alveri qurbanı olub.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, Beynəlxalq Miqrasiya Təşkilatının Cənubi və Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Renate Held Hyatt iştirak edir.

Müşavirədə çıxış edən Cavad Şıxəliyev bildirib ki, Azərbaycanda xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatədək, hüquqi şəxslər isə 30 min manatdan 35 min manatadək cərimə edilirlər.

İki gün davam edəcək müşavirənin keçirilməsində məqsəd beynəlxalq ekspertlərin öz ölkələri kontekstində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı cari vəziyyət və müvafiq tendensiyalara dair məlumatların bölüşməsinə şərait yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti