Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı səviyyədə saxlayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə İrana səfəri ərəfəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin dekabrın 2-də İrana səfəri başlayır. Səfər dekabrın 5-də başa çatacaq.
PA rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, son vaxtlar həm İranda, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasındakı münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır.
Həsənov deyib ki, görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bunlardan irəli gələn məsələlər müzakirə olunacaq.
Əli Həsənov: Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib
Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır.
