İtaliyanın nüfuzlu "Roma xronikaları" qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Elza Monti ilə görüşmüş, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparıb.
Qəzet dekabrın 2-də axşam Romanın opera binasında keçiriləcək tədbir ilə də bağlı məlumat vermiş, onun maraqlı proqramla yaddaşlarda uzun müddət qalacağını vurğulayıb. Qeyd olunmuşdur ki, tədbirdə Elza Montinin də iştirakı gözlənilir.
İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın birinci xanımının bu ölkəyə səfəri barədə məqalə dərc olunub
İtaliyanın nüfuzlu “Roma xronikaları” qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunub
