...

Azərbaycan Əfqanıstanda investisiya qoyuluşlarını artırmağa hazırdır - XİN rəhbəri

Siyasət Materials 5 Dekabr 2011 18:32 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda investisiya qoyuluşlarını artırmağa hazırdır.
Azərbaycan Əfqanıstanda investisiya qoyuluşlarını artırmağa hazırdır - XİN rəhbəri

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Əfqanıstanda investisiya qoyuluşlarını artırmağa hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstana həsr edilmiş forumda deyib. Məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Forumda 85 dövlətin, 16 təşkilatın nümayəndələri iştirak edirlər.

Məmmədyarovun sözlərinə görə, iqtisadiyyat Əfqanıstanda sülh və həmrəyliyə nail olmaq üçün vacib amildir.

O qeyd edib ki, Azərbaycan ilk günlərdən Əfqanıstana hər cür dəstək göstərir. Bu dəstək ISAF və NATO çərçivəsində əməkdaşlıqla məhdudlaşmır. Kabil üçün humanitar yüklərin 35 faizi Azərbaycanın hava və quru məkanından tranzitlə keçir.

Məmmədyarov onu da əlavə edib ki, minaların zərərsizləşdirilməsi üzrə əfqan mütəxəssislər Bakıda təlim keçir və Azərbaycan Əfqanıstanı polis və diplomatların hazırlanması sahəsində dəstəkləməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti