...

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans-sərgi keçirilib

Siyasət Materials 9 Dekabr 2011 14:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda konfrans-sərgi keçirilib.
AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans-sərgi keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda konfrans-sərgi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycanın son 30 illik tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycan dövlətinin yaranmasında onun misilsiz rolunu diqqətə çatdırıb.

O qeyd edib ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin irsini əks etdirmək üçün MEK-də Heydər Əliyev irsinin təbliği şöbəsi yaradılıb. Şöbə təkcə AMEA-da deyil, ölkənin müxtəlif rayonlarında Heydər Əliyev irsinin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirir.

Konfransda kitabxananın Heydər Əliyev irsinin təbliği şöbəsinin müdiri Gülşən Əliyeva "Zaman, şəxsiyyət və cəmiyyət", tarix elmləri doktoru Qasım Hacıyev "Xalqdan güc alan, xalqa arxalanan lider" mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə Heydər Əliyev irsinə aid 1000-dən çox kitab sərgilənib və "Heydər Əliyev epoxası" adlı sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti