...

Aktauda Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 12 Dekabr 2011 15:41 (UTC +04:00)
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Aktauda Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsuluğunun mətbuat xidtmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil olunub və kitablar nümayiş etdirilib. Tədbiri Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun dövlətçiliyimizin möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən danışıb.

Məmmədov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin təməlini qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

Daha sonra xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin Beynəlxalq Forumu - ASAİF-in Qazaxıstan üzrə nümayəndəsi Əli Əliabbasov və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosiasiyasının prezidenti Rafat Əliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən söhbət açıblar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti