...

Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 12 Dekabr 2011 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Məmmədyarov Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığını qeyd edib. Nazir əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini bildirib.

Həmçinin, Məmmədyarov meksikalı parlamentarilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib və Meksikanın münaqişənin həllində tutduğu mövqeyə görə Azərbaycan tərəfinin təşəkkürünü bildirib.

Görüşdə, eyni zamanda, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti