...

Rusiya Ümumdünya Ticarət Təşkilatının üzvü oldu

Siyasət Materials 16 Dekabr 2011 20:28 (UTC +04:00)
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Nazirlər Konfransı Rusiyanın bu təşkilata daxil olması barədə qərar qəbul edib.
Rusiya Ümumdünya Ticarət Təşkilatının üzvü oldu

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Nazirlər Konfransı Rusiyanın bu təşkilata daxil olması barədə qərar qəbul edib. Rusiya Prezidenti Dmitri Medvedev bu qərara görə konfransın üzvlərinə təşəkkür edib. Trend-in "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə cümə günü Kremlin saytı xəbər verib.

"ÜTT-nin 8-ci Nazirlər Konfransı çərçivəsində Rusiyanın bu təşkilata qoşulması barədə qərar qəbul edilib. Bu uzun və mürəkkəb danışıqların nəticəsi həm Rusiya, həm də bizim gələcək tərəfdaşlarımız üçün səmərəlidir. Danışıqların bütün iştirakçılarına vacib nəticəyə nail olunmasına görə təşəkkür edirəm", - Medvedev teleqramında yazıb.

Rusiya 1993-cü ildən ÜTT-yə üzv olmağa çalışırdı.

Xəbər lenti

Xəbər lenti