...

Suriya Ərəb Dövlətləri Liqasının "yol xəritəsi"ni imzalayıb

Siyasət Materials 19 Dekabr 2011 16:09 (UTC +04:00)
Suriya bu gün Ərəb Dövlətləri Liqasının (ƏDL) təklif etdiyi və ölkədə vəziyyətin normallaşdırılması üzrə tədbirləri nəzərdə tutan "yol xəritəsi"ni imzalayıb.
Suriya Ərəb Dövlətləri Liqasının "yol xəritəsi"ni imzalayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva/

Suriya bu gün Ərəb Dövlətləri Liqasının (ƏDL) təklif etdiyi və ölkədə vəziyyətin normallaşdırılması üzrə tədbirləri nəzərdə tutan "yol xəritəsi"ni imzalayıb. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdityi məlumata görə, bu barədə bazar ertəsi Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim deyib.

XİN rəhbəri həmçinin bildirib ki, "yol xəritəsi"nə ƏDL müşahidəçilərinin Suriyada iştirakı ilə bağlı bir sıra dəyişikliklər edilib.

ƏDL və Suriya arasında əsas fikir ayrılıqları bu ərəb təşkilatı tərəfindən müşahidəçilər qrupunun ölkəyə gəlməsi və qalması şəraitləri ilə bağlı olub.

Əvvəl Suriya XİN-in rəsmi nümayəndəsi məlumat verib ki, xarici işlər naziri Vəlid əl-Muallim ƏDL-in baş katibinə Suriya hökumətinin müşahidəçilərin göndərilməsi haqqında protokolu imzalamaq hazırlığının təsdiqləndiyi məktub göndərib. Bunu Dəməşq və ƏDL arasında bağlanan müqaviləyə müvafiq olaraq etmək nəzərdə tutulur. Müqavilə, həmçinin, Suriyanın işlərinə xarici müdaxilənin yolverilməzliyini nəzərdə tutur.

Əvvəllər Dəməşq müşahidəçilərin iş şəraitinin dəyişilməsində təkid edirdi. Belə ki, Suriya tərəfinin fikrincə, onlar ölkənin suverenliyini pozur. ƏDL tələbi rədd etmişdi və iqtisadi sanksiyaların tətbiq ediməsini bəyan etmişdi.

Suriyada 9 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Müxalifət ölkə prezidenti Bəşşar Əsədin istefasını tələb edir. Bu tələb Dəməşqə qarşı bir sıra sanksiyalar tətbiq edən ABŞ və Aİ ölkələri tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti