Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/
Avropa İttifaqı Azərbaycanla readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanmasına mandat verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa Şurasının məlumatında deyilir.
"Avropa Şurası komissiyaya readmissiya haqqında, eləcə də Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağa icazə verən qərar qəbul edib", - məlumatda deyilir.
Komissiya iki ölkə ilə danışıqların başa çatdığını qərara alan kimi AŞ parlament əksəriyyətinin öz razılığını verməli olacağı sazişin imzalanması və bağlanması haqqında qərar qəbul etməlidir.
Azərbaycan XİN danışıqlar üzrə mandatın verilməsi haqqında məlumatı təsdiqləyib.
"Biz Aİ ilə readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə saziş üzərində işləməyə hazırıq, Azərbaycan buna hazırdır", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Trend-ə bildiirb.
Readmissiya dövlətin başqa ölkələrdə qeyri-leqal miqrant qismində olan vətəndaşlarını (bəzi hallarda eləcə də əvvəllər bu dövlətdə yaşamış və ya yaşayan əcnəbi vətəndaşların) qaytarmasını nəzərdə tutur.