...

Elmar Məmmədyarov Polşa Seyminin deputatı ilə görüşüb

Siyasət Materials 21 Dekabr 2011 18:44 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşanın keçmiş XİN rəhbəri, Polşa Seyminin deputatı xanım Anna Fatiqanı qəbul edib.
Elmar Məmmədyarov Polşa Seyminin deputatı ilə görüşüb

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşanın keçmiş XİN rəhbəri, Polşa Seyminin deputatı xanım Anna Fatiqanı qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial olduğunu bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Məmmədyarov parlament üzvlərinin birbaşa təmaslarının siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrdə iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Görüşdə həmçinin Polşa iqtisadiyyatının durumu, Polşa-Avropa İttifaqı münasibətləri və Polşanın region ölkələri ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov Polşalı deputatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə məlumatlandırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti