Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir T.Cəfərov/
2014-cü il Türkiyədə "İran ili" elan olunacaq. Bu barədə razılıq dekabrın 21-də Türkiyədə iki ölkənin mədəni əlaqələri üzrə daimi komitənin ilk iclasında əldə olunub. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verib.
Məlumata əsasən, həmçinin İranın Türkiyə məktəblərində elektron dərsliklər və təhsil sisteminin elektronlaşdırılması ilə tanışlığı, Ankarada fars dilinin tədrisi üçün xüsusi mərkəzin fəaliyyətə başlaması, İran və Türkiyə arasında turizmin inkişafı üçün müştərək turların təşkili, Səlcuqilər mövzusunda türk rejissorların İranda filim hazırlaması və türkdilli əsərlərin fars dilinə tərcümə edilərək İranda nəşri kimi məsələlər barədə razılıq əldə olunub.