...

Azərbaycan müxalifətinin "üçlər" formatı yeni bir qurumla əvəz oluna bilər

Siyasət Materials 11 Yanvar 2012 14:28 (UTC +04:00)
Azərbaycan müxalifətinin "üçlər" formatı yeni bir qurumla əvəz oluna bilər.
Azərbaycan müxalifətinin "üçlər" formatı yeni bir qurumla əvəz oluna bilər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifətinin "üçlər" formatı yeni bir qurumla əvəz oluna bilər.

"Üçlər" mahiyyətini kəsb edən format artıq mövcud deyil. Çünki bu formata daxil olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) yeni formatda yeni hərəkatda təmsil olunmaq qərarına gəlib və biz bu qərara hörmətlə yanaşırıq", - çərşənbə günü Trend-ə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədi Əli Əliyev bildirib.

Əliyev deyib ki, bu, "üçlər" formatında təmsil olunan digər partiyaların münasibətlərinə heç bir təsir göstərməyəcək.

"Bizim Liberal Partiyası ilə müttəfiqlik münasibətlərimiz uzunömürlüdür. Biz 2005-ci ildən əməkdaşlıq edirik. Yaxın gələcəkdə yaradacağımız münasibətləri cəmiyyətə bəyan edəcəyik. Hazırda bu barədə fikir mübadiləsi aparılır. Yeni yaradacağımız qurumun adı və ya forması barədə bir söz deyə bilmərəm. Hazırda müzakirələr aparılır və yaxın gələcəkdə yaradacağımız yeni qurum barədə cəmiyyətə məlumat verəcəyik", - Əliyev deyib.

Müzakirələrdə digər partiyaların da iştirak etdiyini bildirən VİP sədri bu partiyaların adının açıqlanmasının hələ tez olduğunu bildirib.

Soz zamanlar müxalifət düşərgəsində yaranan ayrı-ayrı birliklərin əhəmiyyətinə münasibət bildirərkən Əliyev qeyd edib ki, yaranan nisbətən kiçik birliklər müxalifət düşərgəsində şəffaflığın yaranmasına gətirib çıxarır.

"Belə ki, təşkilati baxımdan bir aydınlıq yaranır. Hərəkatların yaranması, ittifaqların formalaşması, siyasi blokların yaranması mövqeləri nisbətən yaxın olan partiyaların təşkilatlanmasına gətirib çıxarır. Nisbətən kiçik təşkilatlanmalar bütovlükdə müxalifətdaxili ümumi anlaşmaya nail olunmasına kömək göstərən bir faktordur", - Əliyev qeyd edib.

"Üçlər" formatına VİP, KXCP və ALP daxil idi.

Xəbər lenti

Xəbər lenti