...

Nüvə silahı haramdır - İran spikeri

Siyasət Materials 11 Yanvar 2012 20:25 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani nüvə silahını dini baxımdan doğru hesab etmədiklərini bildirib.
Nüvə silahı haramdır - İran spikeri

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Salmanov/

İran parlamentinin spikeri Əli Laricani nüvə silahını dini baxımdan doğru hesab etmədiklərini bildirib.

"Dini lider Ayətullah Əli Xamneyi nüvə silahının, kütləvi qırğın silahlarının haram olduğunu bildirib", - Laricani Türkiyəyə səfəri öncəsi KİV-ə açıqlamasında deyib. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.

O bildirib ki, demokratiya İslamın əsaslarına söykənməlidir. "Bütün qanunlarımız İslama uyğun gəlməlidir. Dini lider bu silahları haram elan edirsə, bu silahlara heç bir şəkildə yaxın getmək olmaz. İranın nüvə silahı ardınca qaçması barədə iddialar yalandır", - Laricani qeyd edib.

Onun sözlərinə görə, nüvə silahının İranın regional gücünə heç bir köməyi ola bilməz. "Buna görə də nüvə silahı arxasınca düşmürük", - spiker bildirib.

Xəbər lenti

Xəbər lenti