...

İlkin məlumata görə, qəzaya uğramış İtaliya gəmisinin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur

Siyasət Materials 14 Yanvar 2012 16:15 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfirliyinə qəzaya uğramış "Costa Concordia" gəmisində azərbaycanlı turistlərin olması barədə məlumat daxil olmayıb.
İlkin məlumata görə, qəzaya uğramış İtaliya gəmisinin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın İtaliyadakı səfirliyinə qəzaya uğramış "Costa Concordia" gəmisində azərbaycanlı turistlərin olması barədə məlumat daxil olmayıb.

"İndiyədək səfirliyə gəminin sərnişinləri arasında zərər çəkən və ya ümumiyyətlə, Azərbaycan vətəndaşının olması barədə heç kim müraciət etməyib. Diplomatik missiyanın konsul idarəsi hazırda yerli hakimiyyətlə əlaqədədir və bu məsələni dəqiqləşdirir", - şənbə günü Trend-ə Romadakı diplomatik missiyadan bildiriblər.

İtaliyanın "Costa Concordia" səyahət gəmisi şənbə gününə keçən gecə Toskana sahillərində Cilio adası yaxınlığında saya oturub. Gəminin sahibi, İtaliyanın "Costa Crociere" tirizm şirkətinin rəsmi məlumatında deyilir ki, qəza zamanı gəminin göyərtəsində 3,2 minə yaxın sərnişin, o cümlədən bir neçə yüz xarici vətəndaş və minə yaxın ekipaj üzvü olub.

Qrossetto vilayətinin prefekti Cüzeppe Linardinin son bəyanatına görə, qəza nəticəsində üç nəfər həlak olub, lakin indiyədək bir neçə nəfər itkin düşmüş hesab edilir.

KİV-in məlumatına görə, gəminin sərnişinləri arasında italyanlardan başqa, rus, alman, ingilis, yapon olmaqla, çoxlu sayda xarici turist olub.

Xəbər lenti

Xəbər lenti