...

TürkPA Qazaxıstanda keçirilən seçkilərlə bağlı yekun rəyini açıqlayıb

Siyasət Materials 16 Yanvar 2012 15:33 (UTC +04:00)
TürkPA müşahidəçiləri Qazaxıstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı yekun rəyini açıqlayıb.
TürkPA Qazaxıstanda keçirilən seçkilərlə bağlı yekun rəyini açıqlayıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

TürkPA müşahidəçiləri Qazaxıstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı yekun rəyini açıqlayıb.

TürkPA-dan Trend-ə verilən məlumata görə, yanvarın 16-da TürkPA-nın beynəlxalq müşahidəçilər missiyası Qazaxıstanda keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Almatı şəhərində mətbuat konfransı keçirib, rəsmi olaraq yekun rəyini açıqlayıb.

TürkPA müşahidəçilər mandatı seçkilərin şəffaf, demokratik, ədalətli keçdiyini, Qazaxıstan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayıb.

Qeyd edək ki, yanvarın 15-də Qazaxıstan Respublikası Parlamentinin Məclisinə keçirilən növbədənkənar seçkilər keçirilib.

Xəbər lenti

Xəbər lenti