...

İraqlı parlamentarilər azərbaycanlı iş adamlarını İraqa investisiya yatırmağa dəvət edirlər

Siyasət Materials 17 Yanvar 2012 11:03 (UTC +04:00)
İraqlı parlamentarilər azərbaycanlı iş adamlarını İraqa investisiya yatırmağa dəvət edirlər.
İraqlı parlamentarilər azərbaycanlı iş adamlarını İraqa investisiya yatırmağa dəvət edirlər

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir M.Əliyev/

İraqlı parlamentarilər azərbaycanlı iş adamlarını İraqa investisiya yatırmağa dəvət edirlər.

"Biz azərbaycanlı iş adamlarını İraqa dəvət edirik və onların sərmayə qoymasını arzulayırıq", - Trend-in məlumatına görə, İraq Parlamentinin Beynəlxalq münasibətlər komitəsinin rəhbəri şeyx Hammam Hammudi çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.

O qeyd edib ki, İraq nümayəndə heyətinin səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, rəsmi və qeyri-rəsmi əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək.

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İraq daim Azərbaycanın yanındadır", - Hammudi deyib.

İraqlı deputat bu yaxınlarda bir sıra azərbaycanlı zəvvarın Kərbəlaya səfərinə münasibət bildirərək qeyd edib ki, İraq tərəfi belə səfərləri dəstəkləyir və yüksək qiymətləndirir.

Hammudinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqların bu gün Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti