Azərbaycan, Bakı, 20 yanvar / Trend müxbir T.Cəfərov/
Moskava səfərdə olan İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurası katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini Əli Baqiri bu gün Çinə səfər edib. Trend-in məlumatına görə, bu barədə FARS dövlət xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, səfər zamanı Çin rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, İran və "5+1" ölkələri arasında İranın nüvə məsələsinin həlli ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq.
Yanvarın 18-də Baqiri Rusiyaya səfər etmişdi. Rusiyada o, bu öklənin xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə İranın nüvə məsələsinin həlli üçün Rusiyanın "addım-addım" layihəsini müzakirə edib.