Fransa, Strasburq, 20 yanvar/ Trend, müxbir A. Məhərrəmli/
Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Strasburqda 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Bu barədə Trend-ə cümə günü Daimi nümayəndəlikdən məlumat verilib.
Tədbirdə AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər etmiş Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri, Türkiyə, Ukrayna, Gürcüstan və Moldovanın AŞ yanında Daimi nümayəndələri və əməkdaşları, yerli qonaqlar, Strasburqda yaşayan və təhsil alan soydaşlarımız iştirak edib.
Mərasimindən öncə Daimi Nümayəndəliyin əməkdaşları, AŞ PA-da Azərbaycanın nümayəndə heyətinin üzvləri, diplomatik korpus nümayəndələri, Strasburqda yaşayan və təhsil alan soydaşlarımızın iştirakı ilə ölkəmizin Avropa Şurasının qarşısında dalğalanan bayrağının yanına 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq əklil qoyulub və Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsi bir dəqiqəliq sükutla yad edilib.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov xalqımızın qan yaddaşına həkk olunmuş Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyəti, o dövrdə sovet imperiyasına rəhbərlik etmiş şəxslərin xalqımıza qarşı məkrli siyasəti, aksiyanın ağır nəticələri barədə danışmışdır. Səfir bu günü Azərbaycan tarixinin şərəfli səhifəsi kimi səciyyələndirmişdir. A.Məmmədov qeyd etmişdir ki, 20 Yanvar hadisələri bugünkü müstəqilliyimizin yolunu açmışdır. Həmin gün sovet qoşunları günasız insanları qətlə yetirib. 133 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb və ya itikin düşüb. Biz bu gün AŞ qarşısındakı bayrağızın önünə faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyduq"-Məmmədov qeyd edib.
Sonra çıxış edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov faciə haqqında danışmağın ağır olduğunu qeyd edib.
"Bu gün mənim üçün danışmaq çox ağırdır, cünki bu faciə mıillətimizin daima yaddaşındadır. Azərbaycan xalqı müstəqilliyini yeni əldə edən xalqdır. Bu gün biz 20 yanvar hadisələrini nəinki faciə, həm də qqələbə kimi qeyd edirik. Bu hadisə olmasaydi, müstəqilliyimizi əldə edə bilməzdik və bayrağımız Avropa Şurası qarşısında dalğalanmazdı. Xalqımızın bu ağır günlərində ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənlərə qarşı kəskin etiraz etmişdir. Onun çıxışından sonra milyonlarla azərbaycanlı azadlıq mübarizəsinə başladı. İndi biz çox xoşbəxtik ki, dünyada 70-dən çox səfirliyimiz fəaliyyət göstərir. Bu il ərzində xaricdə üçdən artıq yeni səfirliklərin açılması nəzərdə tutulur. Bizim dünyanın qabaqcıl ölkələrində tələbələrimiz təhsil alır. Bu gün Azərbaycanın səsi digər ölkələrdə yüksək səviyyədə eşidilir. Lakin bütün nailiyyətlərə baxmayaraq, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Bizim ümumi bir bəlamız var. O da torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsidir. Çox təəssüf ki, Ermənistanın Azərbaycana dair mənfi infirmasiyalar yaymaq imkanları var. Buna isə ən tutarlı cavab güclü ölkə və cəmiyyətin qurulmasıdır. Mən əminəm ki, yaxın gələcəkdə həyata keçiridiyimiz işlərdən də daha çox işlər görəcəyik"- Seyidov bildirib.
Sonra çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisinin rəhbəri Roman Huna bu vacib günü qeyd edilməsinin əhəmiyyətindən danışıb.
" Bu gün 20 yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçirilən mərasimdə iştirakımdan məmnunam. Azərbaycanın AŞ yanında Daimi Nümayəndəliyinin bu faciənin ildönümünü qeyd etməsini yüksək qiymətləndirirəm. Bizdə həm Strasburqda, həm də Brüsseldə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil edəcəyik"- Huna deyib.
Tədbirdə çıxış edən millət vəkili Rövşən Rzayev bu günü xalqımızın ən ağır günlərinən biri kimi qiymətləndirib.
"Bu gün Azərbaycan xalqının ən ağır günlərindən biridir. Dinc insanlarımız sovet qoşunları tərəfində qətlə yetirildi. Mən çox hiddətlənirəm ki, Azərbaycana qarşı belə bir münasibət var idi. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda da böyük problemlərlə üzləşmişdi. 20 yanvarda baş verən hadisələr ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri planların başlanğıcı idi. Şadam ki, bu gün biz müstəqil dövlətik. Bu gün Vətəndən uzaqda olsam da, AŞ yanında Daimi Nümayəndəlikdə bu faciəni qeyd edirik. Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu faciəni törədənlərə qarşı öz etirazını bildirdi və bundan sonra Azərbaycanın siyasi tarixində demək olar ki, yeni səhifə açıldı. Biz bu müdhiş gaciəni daima xatırlayacayıq"-Rzayev deyib.
Azərbaycanlı gənc Fuad Məmmədov isə çıxışında qeyd edib ki, hər bir xalqın yaddaşında dərin iz buraxan, xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan hadisələr vardır.
"20 Yanvar azadlığımızın uğrunda mübarizə günüdür. Məhz bunu nəticəsində uzun illərdən bu yana arzusunda olduğumuz müstəqilliyə qovuşdiq. Ən vacib məqam ondan ibarətdir ki, azadlıq uğrunda mübarizənin bəhrəsini bilavasitə biz tələbələr görürük. Belə ki, Azərbaycanın hər bir gənci bu gün sərbəst şəkildə xarici ölkələrdə təhsil ala bilir və müstəqil respublikamızı layiqincı təmsil etmək iqtidarındadır"- Məmmədov deyib.
Mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.