Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb.
Trend-in məlumatına görə, dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.