...

Paris "erməni soyqırımı" haqqında qanunu qəbul edərsə, Ankara Fransaya qarşı sanksiyaları sərtləşdirəcək - XİN

Siyasət Materials 23 Yanvar 2012 12:40 (UTC +04:00)
Fransa Senatı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsulıiyyəti nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Ankara Fransaya qarşı sanksiyaları sərtləşdirəcək.
Paris "erməni soyqırımı" haqqında qanunu qəbul edərsə, Ankara Fransaya qarşı sanksiyaları sərtləşdirəcək - XİN

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Tağıyeva/

Fransa Senatı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsulıiyyəti nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Ankara Fransaya qarşı sanksiyaları sərtləşdirəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri TRT Haber yayıb.

"Bu qanun layihəsi orta əsrlər inkvizisiya qərarlarının prototipidir" - nazir bildirib.

Qanun layihəsinin bu gün - yanvarın 23-də Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti