...

Türkiyə Fransanın "soyqırım"la bağlı qanunu qəbul edəcəyi halda dəqiq plana malikdir - Ərdoğan

Siyasət Materials 23 Yanvar 2012 14:50 (UTC +04:00)
Türkiyə Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə dair qanun layihəsi üzrə hər hansı qərarına cavab olaraq qəbul ediləcək fəaliyyət planına malikdir.
Türkiyə Fransanın "soyqırım"la bağlı qanunu qəbul edəcəyi halda dəqiq plana malikdir - Ərdoğan

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə dair qanun layihəsi üzrə hər hansı qərarına cavab olaraq qəbul ediləcək fəaliyyət planına malikdir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər yayıb.

"Türkiyə ümid edir ki, Senat qərarının Fransanın dəyərlərinə zidd olmasına yol verməyəcək", - Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, həmin qanun layihəsi Fransanın söz azadlığı haqqında dəyərləri ilə ziddiyyət təşkil edir və Prezident Sarkozinin seçki kampaniyasına töhfədir.

Öz növbəsində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bu gün bəyan edib ki, Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə dair qanun layihəsini qəbul edərsə, Ankara Parisə qarşı sanksiyaları sərtləşdirəcək.

Qanun layihəsinin bu gün - yanvarın 23-də Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar dekabrın əvvəlində Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti