...

İlham Əliyev İordaniyanın Baş naziri ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2012 13:45 (UTC +04:00)
Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşü olub.
İlham Əliyev İordaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşü olub.

Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti