...

Azərbaycan millət vəkili Türkiyənin bəzi KİV-lərində gedən qeyri-obyektiv yazılara təəssüf edir

Siyasət Materials 29 Yanvar 2012 15:09 (UTC +04:00)
Hələ qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun Fransa parlamentində müzakirəyə çıxarılmazdan əvvəl, Azərbaycan dövləti bununla bağlı ciddi narazılğını ortaya qoymuşdu.
Azərbaycan millət vəkili Türkiyənin bəzi KİV-lərində gedən qeyri-obyektiv yazılara təəssüf edir

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

Hələ qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun Fransa parlamentində müzakirəyə çıxarılmazdan əvvəl, Azərbaycan dövləti bununla bağlı ciddi narazılğını ortaya qoymuşdu.

"Hələ bu məsələ müzakirə edilməmişdən bunula bağlı ictimayətdə böyük narahatlıq hiss olundu. Azərbaycan Parlamentində müzakirələr keçirildi, Fransa Parlamentinə müraciətlər göndərildi, Azərbaycan Xarici İşlər Naziriliyi bununla bağlı ciddi narazılığnı ortaya qoydu.

Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılaraq məsələ ilə bağlı ciddi mövqe ortaya qoyuldu", - bunu bazar günü Trend-ə Türkiyənin bəzi KİV-lərində gedən qeyri-obyektiv yazılara münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyib.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqelərdən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd etmiş və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.

"Türkiyə mətbuatı müxtəlifdir və bir neçə mətbuat orqanının mövqeyini ümumilikdə nə Türkiyə ictimaiyyətinin nə də Türkiyə mətbuatının mövqeyi kimi qəbul etmək düzgün deyil. Türkiyə mətbuatında gedən yazıların eyni baxış altında olacağını da gözləmirik", - Mirzəzadə deyib.

Onun sözlərinə görə, son məsələlərdə Azərbaycan ictimaiyyətinin, KİV-lərinin mövqeyi Türkiyənin mövqeyi ilə tamailə üst-üstə düşüb.

"Təəssüf ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələrin, dostluğun olmasına baxmayaraq, bu məsələdə birgə mövqedən çıxış edilməsinə baxmayaraq, Türkiyə mətbuatında münasibətləri korlamaq cəhtləri də öz əksini tapır", - millət vəkili qeyd edib.

O, bildirib ki, görünür kimlərsə Türkiyə ilə Azərbaycanın bu məsələdə birgə olmasından narahatdır və onu pozmaq üçün cəhtlər göstərir.

"Ancaq bu əbəsdir. Heç zaman bu iki ölkə arasında, iki qardaş xalq arasında münasibətləri korlamaq olmaz. Bu məsələdə, ümumiyyətlə bütün əsas məsələlərdə biz Türkiyə ilə birlikdə olmuşuq və bundan sonrada olacağıq. Türkiyə bizim bu məsələdə dəstəyimizi görür, biz də özümüzə aid olan məsələlərdə Türkiyənin dəstəyini görürük və qardaş ölkələrə xas olan nə xüsusiyyətlər, nə fəaliyətlər varsa hamısı bu gün iki tərəfli münasibətlərdə var", - Mirzəzadə vurğulayıb.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti