...

İstanbul şəhər kəşfiyyat və terrorizmlə mübarizə bölmələrinin rəhbərləri vəzifələrindən azad olunublar

Siyasət Materials 8 Fevral 2012 17:09 (UTC +04:00)
Türkiyədə İstanbul şəhər kəşfiyyat bölməsinin rəhbəri Yurt Atayun və İstanbul şəhər terrorizmlə mübarizə bölməsinin rəhbəri Sərdar Güldalı vəzifələrindən azad olunublar.
İstanbul şəhər kəşfiyyat və terrorizmlə mübarizə bölmələrinin rəhbərləri vəzifələrindən azad olunublar

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə İstanbul şəhər kəşfiyyat bölməsinin rəhbəri Yurt Atayun və İstanbul şəhər terrorizmlə mübarizə bölməsinin rəhbəri Sərdar Güldalı vəzifələrindən azad olunublar. Bu barədə Trend çərşənbə günü Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Atayun və Güldalı "Kürd Cəmiyyətləri Birliyi" (KCB) təşkilatının terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəsi ilə bağlı aparılan istintaq çərçivəsində işlərindən azad olunublar. Məlumatı TRT Haber telekanalı yayıb.

PKK-nın şəhər qanadı hesab edilən KCB-nin işi bir neçə professor və fəalların həbs edilməsindən sonra geniş müzakirə olunmağa başlanıb.

Şübhəli bilinənlərə qarşı terror təşkilatına mənsub olmaq, terror fəaliyyətinə dəstək vermək və ölkənin bütövlüyünü məhv etməyə cəhd daxil olmaqla, müxtəlif cinayətlərdə iştirak etməkdə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti