...

Bakıda İran İslam İnqilabının 33-cü ildönümü qeyd olunub

Siyasət Materials 10 Fevral 2012 19:54 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi tərəfindən İran İslam İnqilabının 33-cü ildönümü ilə əlaqədar Bakıda rəsmi qəbul təşkil olunub.
Bakıda İran İslam İnqilabının 33-cü ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfirliyi tərəfindən İran İslam İnqilabının 33-cü ildönümü ilə əlaqədar Bakıda rəsmi qəbul təşkil olunub.

Trend-in məlumatına görə, rəsmi qəbulda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, parlament nümayəndələri, alimlər və Azərbaycanda yaşayan iranlılar iştirak edib.

Tədbirdə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami İran İslam Respublikasının 33 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə Azərbaycan Prezidenti və xalqı adından İran Prezidenti və xalqını təbrik edib, iki ölkə arasında iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrin yüksək olduğunu vurğulayıb.

"Azərbaycan-İran münasibətləri mehriban qonşuluq, qarşılıqlı hörmət əsasında davam etdiriləcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti