...

Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb

Siyasət Materials 15 Fevral 2012 08:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb.
Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb.

Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirilib.

Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş "Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransın əhəmiyyəti qeyd edilib.

Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti