...

Azərbaycanlı və rusiyalı ekspetlər Trend BİA-da Xocalı faciəsini müzakirə ediblər (FOTO)

Siyasət Materials 16 Fevral 2012 16:50 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyində azərbaycanlı və rusiyalı alim və politoloqların iştirakı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycanlı və rusiyalı ekspetlər Trend BİA-da Xocalı faciəsini müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Trend Beynəlxalq İnformasiya Agentliyində azərbaycanlı və rusiyalı alim və politoloqların iştirakı ilə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirlər silsiləsinin təşəbbüskarı qismində Heydər Əliyev Fondu,"Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyi və Trend BİA çıxış ediblər.

Tədbirdə Rusiya tərəfdən Moskva Dövlət Universitetinin (MDU) Analitik-İnformasiya Mərkəzinin baş direktoru Aleksey Vlasov (moderator), "Vestnik Kavkaza" AİA-nın baş direktoru İsmayıl Ağakişiyev, İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev, Azərbaycan tərəfdən politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadə, "Novosti-Azerbaydjan" İnformasiya Agentliyinin rəhbəri Gülnarə Məmmədzadə və "İnterfaks-Azerbaydjan" İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov iştirak ediblər.

"Tarixçilərin vəzifəsi təbliğat aparmadan etibarlı faktların öyrənilməsi, hadisələrin qərəzsiz qiymətləndirilməsidir. Təəssüf ki, Xocalı haqqında danışarkən etiraf etmək lazımdır ki, insan faciələri haqqında rəqəmlər insanların şüurunda tez-tez statistik məlumatlar şəklində dəyişdirilir", - Vlasov bildirib.

Ekspertin sözlərinə görə, baş vermiş hadisəni başa düşməklə SSRİ-nin dağılması zamanı bir çox faciələrin yaranma səbəblərini anlamaq bəlkə də mümkündür.

Yevseyevin fikrincə, istənilən insanın zorakı ölümü faciədir və ölənlərin sayının əhəmiyyəti yoxdur.

"Azərbaycan Xocalı faciəsi mövzusunun elektron KİV-də işıqlandırılmasına daha çox diqqət ayırmalıdır ki, əsas internet istifadəçiləri olan gənclər həqiqəti öyrənmək imkanı əldə etsinlər", - Yevseyev vurğulayıb.

Gülnar Məmmədzadənin sözlərinə görə, Azərbaycan KİV Xocalıdakı faciənin faktlarını qəsdən təhrif edən erməni informasiya vasitələrinin fəal təbliğatına simmetrik cavab verməlidir.

"Bəlkə də həmin qorxulu hadisələr haqqında azad mülahizə yürüdə bilən müstəqil ekspert komissiyasının yaradılmasının mənası var. Bu, təkcə azərbaycanlılar üçün lazım deyil. Xocalı faciəsi haqqında həqiqəti bütün dünya bilməlidir", - o deyib.

İsmayıl Ağakişiyev bu fikirlə razılaşaraq qeyd edib ki, Azərbaycan bütün vasitələrlə Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır.

Sadıxov Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və şəxsən təşkilatın rəhbəri Leyla Əliyevanın iştirakının böyük payını qeyd edərək, bu istiqamətdə böyük iş görüldüyünü deyib.

Onun sözlərinə görə, təşkilat çərçivəsində bir çox layihələr həyata keçirilir. Həmin layihələr sayəsində insanlar soyqırıma bərabər tutula bilən faciə haqqında həqiqəti öyrənəcəklər.

İvanov hazırda Ermənistan hakimiyyətində olan şəxslərin Xocalı faciəsi və digər cinayətlərdə iştirakı haqqında danışmağa çağırıb.

"Dünya hazırda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün sülh təşəbbüslərini təcrid edən insanların əsl simalarını öyrənməlidir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti