...

İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 16 Fevral 2012 17:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulub. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırıb, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görüb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyub. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlayıb, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırıb. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.

Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompüter istifadəçilərin ixtiyarına verilib. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılıb. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur.

Prezident İlham Əliyev Mərkəzdəki 118 yerlik kinozal ilə tanış oldu.

Sonra dövlətimizin başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr etdi. Azərbaycan Prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait var.

Prezident İlham Əliyev kafenin yay meydançasından Qusar şəhərinin mənzərəsini seyr etdi. Dövlətimizin başçısına Qusarda görülmüş işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verildi.

Kompleksin ərazisində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti