Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi gələn həftə Xocalı soyqırımının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, iclasda dinləmələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq. O, həmçinin qeyd edib ki, dünyanın bir çox ölkələrində artıq Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub.
"Artıq dünya ölkələrinin çoxu Xocalı soyqırımı barədə məlumatlıdırlar", - Muradova qeyd edib
Qeyd edək ki, 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub.